"18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" ilə bağlı tədbir keçirilib
Aprelin 18-də Kəngərli Rayon Qarabağlar Türbə Kompleksinin qarşısında "18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" ilə bağlı tədbir keçirildi.
Tədbiri Kəngərli Rayon Mədəniyyət Şöbəsinin müdiri Məhərrəm Əliyev giriş sözü ilə açaraq qeyd etdi ki,Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban xanım Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.Bu məqamda ulu öndər Heydər Əliyevin müdrik kəlamlarını qeyd etmək yerinə düşər: “Biz tarixi keçmişimizə nəzər salarkən ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla - yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk”. Sonra, Qarabağlar Türbə Kompleksinin direktoru İlkin Hüseynovun "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" mövzusunda çıxışı dinlənildi.
Çıxış bitdikdən sonra, rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirildi,Çalxanqala Kənd Uşaq Musiqi Məktəbi şagirdlərinin hazırladığı musiqi nömrələri ifa olundu.
Sonda Qarabağlar Türbə Kompleksinin ekspozisiyasına baxış oldu.